17 may 2013 17:21
Julius Vobay milliyə dəvət aldı
“Neftçi”nin futbolçusu Julius Vobay Syerra Leone milli komandasının düşərgəsinə dəvət alıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçinin formasını geyindiyi Syerra Leone yığması 2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti iki oyununu keçirəcək.
Afrika qitəsinin təmsilçisi 8 və 15 iyun tarixlərində müvafiq olaraq Tunis və Kabo Verde milli komandaları ilə qarşılaşacaq. (klub saytı)
