17 may 2013 18:01
Starkov Latviya yığmasına iki “azərbaycanlı” futbolçu çağırdı
Futbol üzrə Latviya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov milliyə iki “azərbaycanlı” futbolçu da dəvət edib.
Bunlardan biri “Bakı”nın müdafiəçisi Denis İvanov, digəri isə AZAL-da oynayan Oskar Klavadı.
Qeyd edək ki, latviyalıları mayın 24 və 28-də Qətər və Türkiyə yığmaları ilə qarşılaşma gözləyir.
