19 may 2013 00:12

Formal oyunlarla mövsümə yekun!

Bu gün və sabah Topaz Premyer Liqasında mövsümün sonuncu - 32-ci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, heç nəyi dəyişməyəcək həlledici tur demək olar ki, formal xarakter daşıyacaq.
 
Bəribaşdan qeyd edək ki, Premyer Liqanın 32-ci turunda yenilik tətbiq olacaq. Belə ki, ölkə çempionatında ilk dəfə bir oyunda 6 hakim iş başında olacaq. Dünya futbolunda tətbiq olunan qapı arxası hakimlər Azərbaycanda ilk dəfə sınaqdan keçiriləcək. Bu ilk “Neftçi” – “Bakı” oyununda tətbiq olunacaq. Bazar günü baş tutacaq matçı Rauf Cabbarov idarə edəcək. Ona Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Baş hakimin əlavə köməkçiləri isə Fariz Yusifov və Orxan Məmmədov olacaq.
 
42-ci paytaxt derbisi ərəfəsində “Neftçi” qələbə sayında 3 qat üstünlüyə malikdi. Artıq ardıcıl 3-cü çempionluğu təmin edən “ağ-qaralar” son 6 görüşdə rəqibindən qol buraxıb. Əvəzində son 4 ev oyununda məğlub olmayıb. Bu mövsüm keçirilən derbilərdən ikisi 1:1 hesabıyla başa çatıb. Daha bir görüş isə “Neftçi”nin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Gümüş medalların sahibi “Qarabağ” isə “Simurq”u qəbul edəcək. Əyalət klubları 16-cı duelə tarazlıqla yollanır. Eyni sayda qələbə və heç-heçələri olan komandaların top fərqində üstünlük “Simurq”un tərəfindədi. Lakin mövsümün gümüş mükafatçısı olan “Qarabağ” ardıcıl 3 ev oyunundan 3 xalla ayrılıb. Bu mövsüm tərəflərin ilk dueli qolsuz başa çatmışdı. “Qarabağ” ev oyununda 2:1 hesabıyla üstün olmuşdusa, “Simurq” da Zaqatalada 1:0 hesablı qələbəyə sevinmişdi.
 
Bürünc medalların sahibi “İnter” də “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Çempionatdakı yubiley 20-ci duelə aşkar üstünlüklə çıxacaq tərəf “İnter”di. Bakılılar tarixi ərzində öz meydanında “Qəbələ”yə uduzmayıb. “Qəbələ” təsnifat mərhələsində 1:0 hesablı qələbəyə sevinsə də, “İnter” son iki oyunda həm evdə, həm də səfərdə 2:1 hesabıyla qalib gəlib.
 
İkinci altılıq komandaları isə bazar ertəsi meydana çıxacaqlar. “Turan” “Sumqayıt”la qarşılaşacaq. Son qarşılaşmadakı qələbə ilə üstünlüyə yiyələnən “Sumqayıt” növbəti oyunda da bunu davam etdirməyə çalışacaq. “Turan”ın ev oyunlarında 1-dən artıq qol vuran olmayıb. Maraqlıdı ki, təsnifat mərhələsində “Turan” evdə 0:1 hesabıyla uduzduğu kimi, “Sumqayıt” da məhz öz meydanında bu rəqibinə eyni hesabla məğlub olmuşdu. Amma Sumqayıt təmsilçisi final mərhələsindəki qarşılaşmada “Turan”ı 4 cavabsız qolla məğlub etməyi bacardı.
 
“Xəzər Lənkəran” mövsümün son oyununda doğma divarlar arasında “Rəvan”la qarşılaşacaq. Hər 2 ev oyununda rəqib qapısına yol tapan “Xəzər Lənkəran” yalnız top fərqində üstünlüyə malikdi. 8-ci yer uğrunda mübarizə aparan rəqiblərin qarşılaşmasında meydan sahibləri qələbə sayında tarazlığı pozmasa da mövqeyini qoruyacaq. Bakılılar isə qalib gələcəyi təqdirdə turnir cədvəlində 8-ci pilləyə yüksələ bilər. “Rəvan” bu mövsüm təsnifat mərhələsindəki ev oyununda 1:1 hesablı heç-heçəyə razılaşdığı halda, final mərhələsində 1:0 hesabıyla üstün olmuşdu. “Xəzər Lənkəran” isə doğma meydanında 4:0 hesablı qələbə qazanmışdı və indi növbəti dəfə eyni uğura imza atmağa çalışacaq.
 
İkinci altılığın lideri AZAL isə çempionatın aşkar autsayderi “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Son turlarda ardıcıl qələbələrlə hamını təəccübləndirən Gəncə klubu final mərhələsində məğlubiyyət tanımayan “təyyarəçilər”i də büdrətməyə çalışacaq. Amma bu, bir o qədər də real görünmür. AZAL 12-ci dəfə qarşılaşacağı “Kəpəz”lə matçlarda aşkar üstünlüyə malikdi. Bakılılar artıq 7-ciliyi təmin edib və sonuncu olması dəqiqləşən rəqibi ilə matçlarda da uğurlu seriyaya malikdi. Mövsümdə ardıcıl 7 qələbəsi olan AZAL gəncəlilərlə son 6 matçın hamısında 3 xal qazanıb. Paytaxt klubu bu rəqibinə cari mövsümün səfər oyunlarında 2:0 və 3:1 hesablarıyla qalib gəlib. Ev oyununda isə 3:0 hesablı darmadağına imza atıb.
 
Topaz Premyer Liqası
32-ci tur
19 may (bazar)
 
16:00. İnter – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov.
Bakı. “Şəfa” stadionu.
 
18:00. Qarabağ – Simurq
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov.
Bakı. T. Bəhramov adına Respublika stadionu.
 
20:30. Neftçi – Bakı
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev.
Əlavə köməkçilər: Fariz Yusifov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena” stadionu.
 
20 may (bazar ertəsi)
 
18:00. AZAL – Kəpəz
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Bakı. “AZAL Arena” stadionu.
 
18:00. Turan – Sumqayıt
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”.
 
19:00. Xəzər Lənkəran – Rəvan
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Azər Əsgərov, Tahir Əhmədov.
Lənkəran şəhər stadionu.
 
1 Neftçi 31 19 5 7 59 31 +28 62
2 Qarabağ 31 16 10 5 43 26 +17 58
3 İnter 31 15 9 7 37 22 +15 54
4 Simurq 31 12 11 8 32 26 +6 47
5 Bakı 31 8 14 9 32 27 +5 38
6 Qəbələ 31 10 8 13 32 39 –7 38
 
1 AZAL 31 15 9 7 53 32 +21 54
2 XL 31 10 10 11 39 35 +4 40
3 Rəvan 31 11 4 16 44 53 –9 37
4 Sumqayıt 31 9 8 14 30 47 –17 35
5 Turan 31 7 6 18 32 58 –26 27
6 Kəpəz 31 5 4 22 23 60 –37 19

Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
21 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
12 - Salif Ballo (Turan) - 12 qol
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter), Julius Vobay (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.