19 may 2013 00:06
Sumqayıt İdman Mərkəzi: kosmetik təmir işləri davam edir (FOTOREPORTAJ)
Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədi. Azerisport.az xəbər verir ki, mərkəzin süni ot örtüyün quraşdırılması yönündə işlər artıq tam şəkildə başa çatıb.
Hazırda tribunalarda kosmetik təmir işləri aparılır və növbəti həftədən oturacaqların quraşdırılmasına başlanılacaq.
Bundan başqa, Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də işlər davam edir. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqlarda kosmetik təmir və quraşdırılma işləri aparılır.
