18 may 2013 11:25
Bakının prezidenti Atleticonu təbrik etdi
Ötən gecə keçirilən İspaniya Kral Kubokunun “Real” və “Atletico” klubları arasındakı final oyununu “Bakı”nın prezidenti Hafiz Məmmədov da izləyib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın rəhbəri 2:1 hesabıyla qalib gələrək baş mükafata sahib çıxan “Atletico”lu futbolçuları oyundan sonra bir-bir təbrik edib.
Qeyd edək ki, “Atletico” “Bakı” ilə əməkdaşlıq edir. Formalarının üzərində ölkəmizin “Land of fire Azerbaijan” reklamını daşıyan madridlilər bir müddət öncə bu əməkdaşlıq çərçivəsində Bakıda da olmuşdular.
