19 may 2013 01:23
Vüqar Əsgərovsuz Metallurg kuboksuz qaldı
Futbol üzrə Latviya Kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun forma geydiyi “Metallurg” klubu ilə “Ventspils” qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “Ventspils” kuboka sahib çıxıb.
Həmyerlimiz bu görüşün iştirakçısı olmayıb.
