19 may 2013 18:53
Ruslan Abışov ehtiyatda qaldı, Rubin uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Krılya Sovetov” ilə qarşılaşıb.
Matç rəqib meydanında baş tutub və "Rubin"in məğlubiyyəti ilə başa çatıb.
Baş məşqçi Kurban Berdıyevin hələlik yalnız bir oyunda meydana buraxdığı Ruslan Abışovun bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, həmyerlimiz yenə ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” 29 turdan sonra turnir cədvəlində 47 xalla 6-cı yeri tutur.
Rusiya Premyer Liqası
29-cu tur
19 may
Krılya Sovetov - Rubin - 3:1 (1:0)
