18 may 2013 13:04
Qurban Qurbanov: Mövsümü qələbə ilə başa vurmaq istəyirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 32-ci turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Turnir baxımıdan “Simurq”la oyunun heç bir önəmi yoxdu. Amma istənilən halda bu görüş bizim üçün vacibdi. Nəticə həm komandamız, həm də ayrı-ayrı futbolçularımız üçün önəmlidi. Bu oyuna da optimal heyətlə çıxmaq istərdik. Amma bəzi futbolçularımızın zədəli olması buna imkan vermir. Ona görə də heyətdə dəyişikliklər etmək haqda düşünürük. Mövsümü qələbə ilə başa vurmaq istəyirik”.