18 may 2013 13:45

Con Toşak: Azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq

“Xəzər Lənkəran” may ayının 20-də doğma arenasında “Rəvan”ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının sonuncu, 32-ci turu ərəfəsində komandanın baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib.
 
Müraciətin mətnini təqdim edirik: “Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdı. Mən, ilk növbədə azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza cox gərəkli olan möhtəşəm dəstəyi verdilər. Bundan başqa Lənkəranın insanları, stadionumuzun bütün kollektivi və o cümlədən klub rəhbərliyi mənə daha tez uyğunlaşmaqda yardımçı oldular. Bu məsələdə söz yox ki, onların isti münasibəti həlledici oldu. Buna görə də hər kəsə minnətdaram. Qarşıdakı mövsüm üçün indidən tərtib etdiyimiz müəyyən planlar var. Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək, azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha “çox sag ol” deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdu”!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.