18 may 2013 15:26
Rəşad Abdullayev: Yeni mövsümdən paytaxt klubunda oynamaq istəyirəm
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi
- “Qəbələ”dən ayrılacağınızı hələ bir müddət öncə açıqlamışdınız. Karyeranızı harda davam etdirəcəksiz? Sizi artıq “Bakı”nın futbolçusu saymaq olar?
- Hələ heç nəyə qərar verilməyib. Amma “Bakı” ilə danışıqlar apardığımı gizlətmirəm. Müqavilə hələ imzalanmayıb. Bəzi məsələlər açıq qalır. Əgər hər şey qaydasında getsə, siz güman ki, məni növbəti mövsümdə paytaxt klubunda görəcəksiz?

- Təkliflər çoxdu?
- Kifayət qədər.
- Kifayət qədər.
- “Neftçi”dən də dəvət almısız?
- Xeyr, “Neftçi”dən mənimlə əlaqə saxlayan olmayıb. Bu barədə yayılan xəbərlər şayiədi. Konkret təklifi “Xəzər Lənkəran”dan almışam. “Qəbələ” də məni heyətində saxlamaqda maraqlıdı. Amma dediyim kimi, paytaxt klublarından birində çıxış etmək istəyirəm.

- Bəs bu təkliflər arasında maliyyə məsələsi nə dərəcədə önəmli yer tutur?
- Digər təkliflər “Bakı”nın maliyyə şərtlərindən elə də ciddi fərqlənmir. Sadəcə, klub rəhbərliyinin sözlərinə görə, növbəti mövsümdə yerli futbolçulara üstünlük veriləcək. Həm də “Bakı”nın əla bazası var.
- Əfran İsmayılov da sizinlə birgə bu kluba keçə bilər...
- Bəli, bu haqda eşitmişəm. “Bakı” onun xidmətində maraqlıdı. Amma danışıqların necə nəticələnəcəyini bilmirəm.
- “Xəzər Lənkəran” Avropa Liqasına vəsiqə qazansa da, “Bakı” bu mövsüm avrokuboklarsız qalıb. Belə çıxır ki, bu məqama önəm vermirsiz?
- Əminəm ki, bu yay aparılacaq islahatlar “Bakı”nın da güclənməsinə gətirib çıxaracaq. Bu komanda böyük qələbələrə layiqdi. Hər bir komandanın çətin günləri olur. Qara zolaqdan çıxmağa çalışmaq lazımdı.
- “Qəbələ”yə Yuri Syominin gəlişi gözlənilir. Onunla işləməkdə maraqlı deyilsiz?
- Mən hələ “Bakı”nın oyunçusu olmadığım kimi, Syomin də “Qəbələ”nin baş məşqçisi təyin olunmayıb. Yəqin ki, o, bu kluba gəlsə, yeni komanda yaradacaq. İşinin nə dərəcədə səmərəli olduğunu isə zaman göstərəcək.

- Sizcə, “Qəbələ”yə bu mövsüm istədiyini həyata keçirməyə nə çatmadı?
- Güc. Belə təəssürat yaranır. Mövsümün birinci hissəsini yaxşı oynadıq. Xüsusilə də liderlərə qarşı. Amma final mərhələsində hər şey dəyişdi.