19 may 2013 18:19
Cihan Özkara oynadı, Sivasspor mövsümü heç-heçə ilə başa vurdu
Futbol üzrə Türkiyə Super Liqasında sonuncu - 34-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” “Elazığspor”la qarşılaşıb.
Rəqib meydanında keçirilən oyun qolsuz başa çatıb. Baş məşqçi Rza Çalımbay millimizin üzvünü 78-ci dəqiqədə meydana buraxıb.
Qeyd edək ki, “Sivasspor” bu mövsümü 44 xalla 11-ci pillədə qərarlaşıb.
