19 may 2013 19:16
“Son oyunumuzda qalib gəlmək istəyirdik”
“Qəbələ”nin məşqçisi Luis AraqonTopaz Premyer Liqasının 32-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mövsüm başa çatdı, son oyunumuzda qalib gəlmək istəyirdik. Bundan öncəki oyunlarda uğurlu çıxış etmişdik. İlk hissədə üstün tərəf idik. Bir neçə qol imkanından yararlana bilmədik. İkinci hissədə bərabər səviyyəli oyun getdi. Rəqib əks-hücumda qələbə qolunu vurdu. Əvəzedici komandamızdan əsas heyətə cəlb etdiyimiz futbolçuların oyununu bəyəndim. Tərzin Cahangirov və Kamal Mirzəyevin gələn mövsümdən əsas heyətdə çıxış edə biləcəklərini düşünürəm”.
