19 may 2013 21:48
Getman Simurqun mövsümdəki son oyununu şərh etdi
“Simurq”un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 32-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu oyunun turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, hər iki komanda yaxşı oyun göstərmək istəyirdi. “Qarabağ” çox texnikalı komandadı. Bu səbəbdən oyuna ehtiyatla başladıq. Hər iki komandanın futbolçularına yaxşı oyuna görə təşəkkür edirəm. “Qarabağ” klubuna Avroliqada uğurlar arzulayıram”.
