19 may 2013 22:37
Neftçi azarkeşlərinin ümidlərini doğrultmadı
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 32-ci turunun “Neftçi” – “Bakı” matçı necə başa çatacaq” ilə müraciət etdiyimiz oxucularımızın rəyi demək olar ki, özünü doğrultmayıb.
Məsələ burasındadı ki, respondentlərin əksəri bu görüşdə “Neftçi”nin qələbə qazanacağını proqnozlaşdırmışdı. Bu varianta 231 səs (66 faiz) verilmişdi. Amma məlum olduğu kimi, paytaxt derbisini “Bakı” qazandı – 1:0. Halbuki, “zolaqlılar”ın qələbəsinə inanlar çox az idi – 22 faiz (76 səs). Heç-heçə isə ən az proqnozlaşdırılan nəticə idi.
