19 may 2013 23:05
Neftçi kubokuna, Qarabağ və İnter medallarına qovuşdu
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, 32-ci turunun “Neftçi” – “Bakı” matçından (1:0) dərhal sonra mükafatçıların hamısı “Bakcell Arena”da təltif olunublar.
PFL-in prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak etdiyi mərasimdə mükafatçılara medalları AFFA prezidenti Rövnəq Abdullayev özü təqdim edib. Çempionatı üçüncü pillədə başa vuran “İnter”in kollektivinə bürünc, ikinci pillənin sahibi “Qarabağ”ın üzvlərinə gümüş medallar təqdim olunub. Köhnə-yeni çempion “Neftçi” də qızıl medallarını aldıqdan sonra Rövnəq Abdullayev çempionluq kubokunu “ağ-qaralar”ın kapitanı Rəşad Sadiqova təqdim edib.
