19 may 2013 22:55
İqor Mitreski: Məğlub olsaq da, əhvalımız yaxşıdı
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Topaz Premyer Liqasının 32-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvü 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempion olduğumuz üçün çox şadıq. Son oyunda da qələbə qazanmaq istəyirdik. Amma məğlub olduq. Buna baxmayaraq, əhvalımız çox yaxşıdı. Çünki biz çempionatın qalibi olmuşuq”.
