19 may 2013 11:22
Vüqar Əsgərov Azərbaycan klubundan təklif alıb
Latviyanın “Metallurg” klubunun hücumçusu Vüqar Əsgərov Azərbaycandan təklif alıb. Azerisport.az xəbər verir ki, bu barədə latviyalı həmkarlarımız məlumat yayıblar.
Məlumatda bildirilir ki, azərbaycanlı futbolçu böyük ehtimalla bu yay Liepaya klubu ilə yollarını ayırıb vətənə dönəcək. Çünki o, klublarımızın birindən çox sərfəli təklif alıb.
Lakin 27 yaşlı futbolçunun özü bu barədə yayılan xəbərlərə münasibət bildirmək istəməyib.
