19 may 2013 12:33

AFFA: Çalışacağıq, yeni mövsümə kimi Kəpəzin sponsoru olsun

"Kəpəz" və komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun vəziyyəti AFFA rəhbərliyinin diqqətindədi”. Azerisport.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
Qeyd edək ki, yarıməsrlik tarixə malik ölkənin 2-ci böyük futbol arenası 25 000 tamaşaçı tutumuna malikdi. Hazırda baxımsızlıqdan əziyyət çəkən stadionun sağ tribunası qəzalı vəziyyətdədi. Qazonun durumu da istənilən səviyyədə deyil. Bütün bu problemlər ucbatından Gəncə komandaları oyunlarını burada keçirə bilmir.
 
Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınmışdı. Həmin vaxtdan cüzi dəyişikliyə məruz qalan stadion bir dəfə olsun belə əsaslı şəkildə təmir olunmayıb. Yalnız "Kəpəz"in 1998-1999-cu illərdə UEFA kuboku və Çempionlar Liqasında ev oyunları zamanı tribunalar rənglənmiş və taxta oturacaqların bir qismi plastik oturacaqlarla əvəzlənmişdi.
 
AFFA-nın baş katibi Elxan Məmmədov sözügedən məsələ ilə bağlı açıqlamasında bunları dilə gətirib: "Layihə var və biz ona baxış keçiririk. Müxtəlif təklifləri müzakirə edirik. Dəqiq qərar yoxdu. Çalışacağıq, qısa müddətdə qərar qəbul edək və işə başlayaq. Yeni arenanın tikiləcəyi, yoxsa köhnənin təmiri ilə bağlı danışıqlar gedir".
 
"Kəpəz"ə 4 ildir ki, maliyyə vəsaiti ayıran Naxçıvan Avtomobil Zavodu və AZNUR şirkətinin mövsümün sonunda kluba sponsorluqdan imtina edəcəyi gözlənilir. Bununla belə, komanda sponsorsuz qalmayacaq. AFFA prezidenti Rövnəq Abdullayev kluba yeni sponsorun tapılacağını bildirib: "Hazırda müxtəlif şirkətlərlə danışıqlar gedir. Çalışacağıq, yeni mövsümə kimi komandanın sponsoru olsun. İnanırıq ki, yaxın vaxtlarda sponsorun adı açıqlanacaq. Stabil sponsor istəyirik, ona görə də axtarışlar vaxt aparacaq".
 
Xatırladaq ki, 2006-2009-cu illərdə maliyyə problemlərindən əziyyət çəkən "Kəpəz" fəaliyyətini dayandırdığından Azərbaycan çempionatda iştirak etməyib. (Kəpəz TV)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.