20 may 2013 00:52
Nikolas Kanales: Çempionluqla yanaşı bombardir də olmaq çox xoşdu
“Neftçi”nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 32-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvü 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakı” ilə oyunda məğlub olsaq da, çempionatın qalibi olduğumuz üçün şadıq. Mənə isə çempionluqla yanaşı, bombardir olmaq da qismət oldu. Bunlara nail olmaq mənim üçün çox xoşdu”.
