19 may 2013 14:11
Yığmamız FİFA reytinqində mövqeyini qorudu
FİFA futzal üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində heç bir dəyişiklik olmayıb.
Belə ki, komandamız yenə də 13-cü pillədəki mövqeyini qoruyub. Joze Alesionun rəhbərlik etdiyi millimizin aktivind 1356 reytinq xalı var.
Qeyd edək ki, reytinq siyahısına bütövlükdə Braziliya başçılıq edir (1982 xal). İspaniya (1975) ikinci, İtaliya (1782) üçüncüdü.
