20 may 2013 01:34

Sadıq Sadıqov: Neftçinin çempion olacağına inanmırdım

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi

- Ardıcıl üç ildi çempion olursuz. Bunlardan hansı daha çətin oldu?
- Bu dəfə qazandığımız çempionluq daha çətin oldu. Ölkədə futbol inkişaf edir, çempionat daha maraqlı və çətin keçməyə başlayıb. İlk altılığın bütün klubları çempion kimi oynayırlar. Nəzərə alsaq ki, biz elə də geniş olmayan heyətlə avrokuboklarda da uzun yol keçdik, oyunlarımızın sayı daha artıq oldu, onda sualınızın cavabı məlum olar. Mən heç inanmırdım ki, biz çempion ola bilərik. Amma uşaqlar sonda istəklərinə çata bildilər.

- Bəzi futbolçularla müqavilələrin müddəti bu ayın sonunda başa çatır. Rəhbərliyin onlarla bağlı qərarı necə olacaq?
- Qalib heyəti dəyişməzlər. Azərbaycan Kubokunun final oyunundan sonra biz futbolçularla görüşəcəyik və yeni müqavilə bağlamağa çalışacağıq. Biz saxlamaq, onlar da komandada qalmaq istəyirlər.
 
- Ötən mövsüm kubokun finalında “Bakı”ya uduzaraq, qızıl dubl edə bilmədiniz. Bəs bu mövsüm nə gözləyirsiz?
- Biz ötən mövsüm buraxdığımız səhvi bu il təkrarlamaq istəmirik. Hər bir klubun arzusudu ki, komandası qızıl dubl etsin.

- Final oyununa görə xüsusi mükafat ayrılacaq? Axı həlledici görüşdə prinsipial rəqiblə - “Xəzər Lənkəran”la qarşılaşacaqsız...
- Xüsusi mükafat olmayacaq. Mövsümün əvvəlindən təyin olunan mükafat var. “Xəzər Lənkəran” güclü rəqibdi. Bizi heç də asan oyun gözləmir. Bu komanda ikinci altılıqda çıxış etsə də, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Məhz bu üzdən bəzi futbolçularımıza bu gün istirahət vermişdik və “Bakı”ya qarşı oynamırdılar.
 
- Avrokuboklardan nə gözləyirsiz?
- Mövsümə Çempionlar Liqasından başlayacağıq. Çalışacağıq ki, ÇL-in qrup mərhələsinə vəsiqə qazanaq. Tarix yazmağa davam etmək istəyirik. Heyəti gücləndirmək üçün də vaxtımız olacaq. Əgər ÇL-in qrup mərhələsində oynamaq istəyiriksə, dörd yaxşı futbolçu almaq lazımdı.
 
- Artıq kimi alacağınızı müəyyənləşdirmisiz?
- Namizədlərimiz var. Bu yöndə işləri davam etdiririk. Amma bu, o demək deyil ki, komandada olanları əvəzləyəcəyik. Bu komanda çempion olub və onu pozmaq olmaz. Əlbəttə, kimsə getmək istəsə, onu zorla saxlamaq fikrimiz də yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.