20 may 2013 18:55
Zeynal Məmmədov: İstisna deyil ki, Bakını ispaniyalı mütəxəssis çalışdırsın
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandanı bundan sonra kimin çalışdıracağına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, mümkün namizədlərlə bağlı bunları söyləyib:
“Bakı”nın baş məşqçisi postuna namizədlər var. İstisna deyil ki, komandanı ispaniyalı mütəxəssis çalışdırsın. Amma bütün bunlara “Bakı”nın prezidenti Hafiz Məmmədov İspaniyadan qayıtdıqdan sonra aydınlıq gətiriləcək. Klubdaxili toplantı keçirməliyik. Baş məşqçi məsələsinə də orda aydınlıq gələcək”.