20 may 2013 09:07
İnter yeni mövsümə hazırlıq planını açıqladı
“İnter” komandasına iyun ayının 2-dək istirahət verilib. Azerisport.az xəbər verir ki, komanda həmin gün Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində bir araya gələcək.
9 günlük ilk təlim-məşq toplanışı çərçivəsində komanda iki yoxlama oyunu keçirəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Sloveniyada baş tutacaq. İyun ayının 14-dən 27-dək davam edəcək toplanış çərçivəsində “İnter” beş yoxlama qarşılaşması keçirəcək.
Qeyd edək ki, “İnter” bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.
