21 may 2013 01:46
Zeynal Məmmədov: Bojidar Bandoviç ümidlərimizi doğrultmadı
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun azerisport.az saytına müsahibəsi
- Öncə Bojidar Bandoviçin istefaya göndərilməsinə münasibətinizi bilmək istərdik...
- Biz bu məşqçiyə böyük ümidlər bəsləyirdik. Heç vaxt onun işlərinə qarışmadıq. Amma o, bizim ümidlərimizi doğrulda bilmədi. Komanda avrokuboklardan kənarda qaldı. Baxmayaraq ki, onun normal çalışması üçün hər cür şərait yaradılmışdı.
- Bandoviçin təyinatının yanlış olduğunu düşünmürsüz?
- İndi kimisə günahkar çıxarmağın vaxtı deyil. Kim düşünə bilərdi ki, Bandoviçdə heç nə alınmayacaq?
- Bildiyimizə görə, Bandoviç qalmaq istəyirmiş...
- Bəli, o, istefa vermək istəmirdi.
- Kompensasiya almaq üçün?
- Bandoviç sadə inşandı. O, özü də etiraf etdi ki, komandası heç nəyə nail ola bilmir. Günahı heç kimin üstünə atmadı. Serb öz arzusu ilə getdi. Ona kompensasiya ödəyəcəyik. Amma tam yox.
- Bandoviç sadə inşandı. O, özü də etiraf etdi ki, komandası heç nəyə nail ola bilmir. Günahı heç kimin üstünə atmadı. Serb öz arzusu ilə getdi. Ona kompensasiya ödəyəcəyik. Amma tam yox.
- Bandoviçi hətta “Neftçi” üzərində qələbə də xilas edə bilmədi?
- Belə bir vəziyyətdə sadəcə “Neftçi” üzərindəki qələbə məşqçinin istefasına mane ola bilməzdi. Kimsə bu uğursuzluğa görə cavab verməlidi. Bəlkə də biz Avropa Liqasında oynamağa layiq idik. Amma mən şadam ki, avrokuboklardan kənarda qaldıq. Çünki bu heyətlə orda heç nəyə nail ola bilməyəcəkdik. Bizə özümüzə gəlmək üçün vaxt lazımdı ki, bundan sonra nəyi necə edəcəyimizə qərar verək.
- Siz Rəşad Abdullayev və Əfran İsmayılovu heyətə qatacaqsız?
- Hər ikisi ilə maraqlanırıq. Rəşadla danışıqlar artıq müqavilə bağlamaq dərəcəsindədi. Amma biz hələ yeni baş məşqçi təyinatını gözləyirik. Çünki hər şeyə o qərar verəcək. Əgər yeni baş məşqçi onları almağın əleyhinə olmasa, müqavilə imzalayacağıq. Bizim üçün baş məşqçinin razılığı vacibdi. Axı yeni komandanı məhz o formalaşdıracaq.

- Portuqaliyadan yenicə qayıtmısız. Təəssüratlarınız necədi?
- Biz “Porto”nun bazasında olduq, klubun infrastrukturu ilə tanış olduq. Onlardan öyrənə biləcəyimiz çox şey var. Rəhbərliklə görüşdük, əməkdaşlıqla bağlı mütxəlif məsələləri müzakirə etdik.
- Bundan sonra “Porto” da Azərbaycan reklamıyla çıxış edəcək?
- Burda söhbət təkcə reklamdan getmir. Bu, ən son pillədə duran məsələdi. Biz futbolçularımızın bu klubun akademiyasında təhsil almasında maraqlıyıq. “Porto” hazırda öz yetirmələrini dünya klublarına satmaqda ən öncül yerlərdən birini tutur.

- Bəs Madrid “Atletico”su ilə əməkdaşlıqda hansısa dəyişikliklər gözlənilir?
- Mümkündü ki, formalardakı yazı dəyişsin. “Atletico” və “Porto” ilə əməkdaşlıq bizə çox kömək edəcək.
- Mümkündü ki, formalardakı yazı dəyişsin. “Atletico” və “Porto” ilə əməkdaşlıq bizə çox kömək edəcək.