20 may 2013 15:02
Flavinyo: Arxayınlaşmaq olmaz, qarşıda Xəzər Lənkəranla final oyunu var
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo növbəti dəfə Azərbaycan çempionu olması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şadam ki, növbəti dəfə çempion oldum. Mənim üçün bu çempionluq çox vacib idi. Çünki ardıcıl üçüncü dəfədi çempion oluruq. Ötən mövsümlərlə müqayisədə, bu dəfəki çempionluq daha çətin alındı. Rəqiblərimiz güclü idi. Oyunların sayı da bu il çox oldu. Əsas istəyimizə çatsaq da, hələ arxayınlaşmaq olmaz. Qarşıda kubokun finalı var. Mövsümü iki titulla başa vurmaq istəyirik. Finalda bizi “Xəzər Lənkəran” kimi heç də sıradan rəqib olmayan bir komanda gözləyir”.