20 may 2013 15:46
Yığmamız Moldovaya 19 qolla qalib gəldi
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Ukraynanın Nikolayev şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, futbolçularımız Moldova yığmasını 19:2, "Xerson" komandasını isə 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Yığmamızın növbəti rəqibi Nikolayev şəhərinin eyniadlı komandası olacaq.
