20 may 2013 16:36
Bakının oyunçuları döyüldü
“Bakı”nın futbolçuları bir neçə gün əvvəl xoşagəlməz aqibətlə üzləşiblər. Azerisport.az xəbər verir ki, mayın 17-də paytaxt klubunun müdafiəçisi Əziz Quliyevlə yarımmüdafiəçi Deyvidas Çesnauski şəhərin Beşmərtəbə adlanan ərazisində yolla gedərkən digər maşında olan şəxslərlə mübahisələri düşüb.
Lakin bu söz davası sonda əlbəyaxa döyüşlə nəticələnib. Nəticədə Əziz Quliyev ciddi xəsarətlər alıb. Onu dərhal xəstəxanaya çatdırıblar.
Artıq futbolçulara xəsarət yetirən həmin şəxslər saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.
