20 may 2013 16:58
Simurqun iki futbolçusu əvvəlki klublarına qayıtdı
“Simurq”un icarə əsasında şərəfini qoruyan iki futbolçusu əvvəlki klublarına qayıdıb. Azerisport.az xəbər verir ki, bunlar Murad Səttarlı ilə Nicat Qurbanovdu.
Səttarlı müqavilə ilə məxsus olduğu “Qarabağ”a, Qurbanov isə “Neftçi”yə qayıdıb.
Qeyd edək ki, hər iki futbolçu ilə icarə müqaviləsinin müddəti mövsümün sonuna qədər idi. Onlar “Simurq”un bu mövsümü dördüncü pillədə başa vurmasında əsas pay sahiblərindən oldular.
