20 may 2013 17:26
Anar Bəkirov: Ramaldanov Simurqdan gedəcək
“Simurq”un prezidenti Anar Bəkirov komandanın bu yay üçün transfer planlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mövsümü dördüncü yerdə başa vurduq. Bu, komandamız üçün normal nəticədi. Dünən futbolçularımızla görüş keçirdik. Hələlik növbəti mövsüm üçün heyətimizin necə olacağını bilmirik. Amma icarə əsasında komandamızda çıxış edən futbolçuların əvvəlki klublarına qayıdacağı bəllidi. Bunlar Murad Səttarlı, Nicat Qurbanov və Eyyub Əliyevdi. Rasim Ramaldanov da “Simurq”u tərk edəcək. Dünən o, mənə yaxınlaşdı və bildirdi ki, başqa klubla danışıqlar aparır. Aydın məsələdi ki, hər bir futbolçu daha çox qazanmaq istəyir. Amma kapitan belə etməməlidi. Cəmi bir ay əvvəl deyirdi ki, komandada qalmaq istəyir. Dünən isə yeni komanda ilə danışdığını deyir. Bunda heç bir problem yoxdu. Biz yeni komanda yaradacağıq”.