21 may 2013 18:15
İnter üç futbolçusu ilə müqavilə imzaladı
“İnter”i bir neçə futbolçunun tərk etməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, paytaxt klubu eyni zamanda bir neçə futbolçu ilə müqavilə müddətini uzadıb.
Belə ki, Georgi Lomaya, müdafiəçi Ruslan Əmircanov və hücumçu Baçana Sxadadze ilə 1 illik müddətə müqavilə imzalanıb.
Bir neçə futbolçu ilə də müqavilə müddətinin uzadılacağı gözlənilir.
