22 may 2013 00:25
Nəziri ehtiyatda qaldı, Petrolul finala çıxdı (YENİLƏNİB)
Futbol üzrə Rumıniya Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” da finala çıxmaq üçün mübarizə aparıb.
Həmyerlimizin komandası bu mərhələdə “Otelul” ilə qarşılaşıb. “Petrolul” bu rəqibə qarşı ilk oyununu səfərdə keçirmişdi və 3:0 hesablı qələbəyə sevinmişdi. Həmyerlimizin komandası bu uğurun davamını gətirib, finala çıxıb. İlk 18-liyə düşən futbolçumuz yenə ehtiyatda qalıb.
Rumıniya Kuboku
Yarımfinal (cavab oyunu)
21 may
Petrolul – Otelul - 1:1
