21 may 2013 11:05
Yığmamızdan bolqarlara altı qol
Sliven şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Sliven" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb.
Bolqarıstan təmsilçisinin qapısından topları Rövlan Muradov, Baxışəli Baxışəliyev, Ziya Əzizov, Oruc İsmayılov, Pilağa Mehdiyev və Ruslan Hacıyev keçirib.
