21 may 2013 12:24
UEFA Avropa Liqasının nüfuzunu qaldırır
UEFA İcraiyyə Komitəsi Avropa Liqasının nüfuzunu artırmaq üçün 2015/2016-cı il mövsümündən etibarən Çempionlar Liqasında iştirak prosedurunda dəyişiklik edəcək. Azerisport.az xəbər verir ki, qərara görə, 2015/2016-cı il mövsümündən sonra UEFA Avropa Liqasında çempion olan klub növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək hüququ əldə edəcək.
Bu dəyişiklikdə məqsəd Avropanın aparıcı klublarının Avropa Liqasını "vaxt itkisi" kimi dəyərləndirmələrinin qarşısını almaqdı.
Avropa Liqasında 48 klub 200 milyon avronu paylaşarkən, Çempionlar Liqasında 32 klubun 1 milyard dolları paylaşmasının ədalətsiz olduğunu bildirən klub rəsmiləri UEFA Avropa Liqasının bu baxımdan arxa planda qaldığını qeyd edirlər.
