21 may 2013 13:26
İnter Səlahət Ağayevi geri qaytardı
“İnter” Səlahət Ağayevi geri qaytarıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin qapıçısı son mövsümü “Sumqayıt”da keçirib.
Lakin müqavilə ilə paytaxt klubuna məxsus olan futbolçu bu komandada sadəcə icarə əsasında çıxış edirdi. Mövsüm başa çatan kimi icarə müddəti bitən qolkiper yenidən “bankirlər”in sıralarına qayıtmalı olub.
Avropa Liqasına vəsiqə qazanan “İnter” böyük ehtimalla növbəti mövsümdən Ağayevin xidmətindən yararlanmağa çalışacaq.
