21 may 2013 14:41
Rüfət Quliyevdən Adil Mahmudova cavab!
“Ağsu”nun baş məşqçisi Rüfət Quliyev Birinci Divizionun çempionu olmaları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qızıl medallar artıq bizimdi. Onlar bizə məxsusdu. Heç kimə də təhvil verməyə hazırlaşmırıq. Başa düşürəm ki, bizim “Qaradağ Lökbatan”la oyunumuz ətrafında çoxlu mübahisələr oldu. Xüsusilə hakimliklə bağlı. Amma mən hakimlikdən danışmaq istəmirəm. Özü də həmin oyunu bütün Azərbaycan izlədi. Çünki qarşılaşma canlı yayımlanırdı”.
Qeyd edək ki, Quliyev bununla “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudovun cavabını vermiş olub. Çünki o, eyni xal topladıqları “Ağsu” ilə qızıl oyun keçirilməsinin və ya qızıl medalların hər iki komandaya verilməsinin tərəfdarı olduğunu bəyan etmişdi.