21 may 2013 14:57
Syomin Qəbələ ilə müqavilə bağlamaq üçün Bakıya gəlməyəcək
Rusiyalı mütəxəssis Yuri Syominin sabah – mayın 22-də “Qəbələ” ilə müqavilə bağlayacağını xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, o, sabah Bakıya gəlməyəcək.
Tərəflər müqaviləyə elektron poçt vasitəsilə imza atacaqlar. Belə ki, “Qəbələ” müqavilənin imzalı nüsxəsini Syominə göndərəcək və o da öz imzasını atdıqdan sonra geri qaytaracaq.
Qeyd edək ki, Syominin Azərbaycana mayın 29-da gəlməsi gözlənilir. O, ictimaiyyətə də məhz həmin gün təqdim olunacaq.
