21 may 2013 15:12

“AFFA Birinci Diviziondakı limit məsələsinə yenidən baxmalıdı”

“Ağsu”nun baş məşqçisi Rüfət Quliyevin azerisport.az saytına müsahibəsi
 
- Birinci Divizionun qalibi olsaz da, Premyer Liqada oynaya bilməyəcəksiz. Özünüzü necə hiss edirsiz?
- Bu haqda AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb. Buna hörmətlə yanaşırıq. Şadam ki, elitaya çıxa bilməsək də, çempion olduq. Mənim əsas dərdim heç də bu deyil.
 
- Bəs nədi?
- Yaşı 21-dən çox olan futbolçularımızla bağlı nə edəcəyimizi bilmirəm. Çünki AFFA onların da çıxışına qadağa qoydu. Meydanda ən azı səkkiz 21 yaşadək futbolçu olmalıdı. Belə çıxır ki, yaşlı futbolçularımız oyunsuz qalacaqlar.
 
- Sizcə, bu məsələyə yenidən baxılması lazımdımı?
- Yaxşı olardı. Əks halda əksər futbolçular karyeralarını başa vurmalı olacaqlar.
 
- Yəni “Ağsu”da Premyer Liqada iştirak edəcək oyunçular yoxdu?
- Elələri var. Onların bəzisini Premyer Liqada çalışan həmkarlarıma tövsiyyə edə bilərəm.
 
- Bəs siz özünüz Premyer Liqada çalışmaq haqda düşünmürsüz?
- Mən hələ yalnız “Ağsu” haqda fikirləşirəm. Bu komandanı elitaya çıxarmaq istəyirəm. Amma bunun üçün müvafiq lisenziya almağımız da lazımdı.
 
- Bu günlərdə “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov bəyan edib ki, “Ağsu” ilə xalları bərabər olduğu üçün ya qızıl medalları iki klub arasında paylaşdırılmalı, ya da qızıl oyun keçirilməlidi...
- Biz qızıl medalları heç kimə verməyə hazırlaşmırıq. Qızıl medallar artıq bizimdi. Onlar bizə məxsusdu. Başa düşürəm ki, bizim “Qaradağ Lökbatan”la oyunumuz ətrafında çoxlu mübahisələr oldu. Xüsusilə hakimliklə bağlı. Amma mən hakimlikdən danışmaq istəmirəm. Özü də həmin oyunu bütün Azərbaycan izlədi. Çünki qarşılaşma canlı yayımlanırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.