21 may 2013 15:35
Bakı hansı legionerlərini komandada saxlayacaq?
“Bakı” rəhbərliyinin komandada hansı legionerləri saxlayacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, onlardan yalnız dördünü heyətdə saxlamaq istəyir.
Bunlar Marius Pena, Risto Ristoviç, Ferdi Elmas və Mario Rubiodu. Lakin “zolaqlılar”ın Xavyer Junioru da heyətdə saxlaması istisna deyil.
Digər legionerlərin aqibəti isə hələlik dəqiq bilinmir. Böyük ehtimalla onlar komandadan uzaqlaşdırılacaqlar.
Maraq üçün qeyd edək ki, “Bakı” artıq Aleksandr Şoliç, İbrahim Karqbo, Edemir Rodriqes və Uinston Parksın xidmətindən imtina edib.
