21 may 2013 15:46
Beşiktaş baş məşqçisiz qaldı
Türkiyənin “Beşiktaş” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Samet Aybaba ilə yollarını ayırmağa qərar verib.
Tərəflər dünən görüş keçiriblər. Görüşdən sonra klubun rəsmi saytı Aybaba ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını açıqlayıb.
Lakin maraqlıdı ki, Aybaba sonradan mətbuata açıqlamasında istefa vermədiyini bəyan edib. O, qovulduğuna görə vəkilləri vasitəsilə klub rəhbərliyinə qarşı dava açacağını gizlətməyib.
Hələlik, “qara qartallar”ın yeni baş məşqçisinin kim olacağı bilinmir.
