21 may 2013 16:47
Qarabağdan gedənlərlə bağlı rəsmi açıqlama
“Qarabağ” komandanı tərk edən futbolçularla bağlı rəsmi açıqlama yayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu rəsmi saytı vasitəsi ilə 6 oyunçunun komandadan kənarlaşdırıldığını açıqlayıb.
Belə ki, Emin İmaməliyev, Əfran İsmayılov, Zaur Həşimov, Emeka Opara, Kristian Torres və Elnur Abdulov bundan sonra “Qarabağ”ın formasını geyinməyəcək. Klub futbolçulara təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
