21 may 2013 16:58
Rəşad Abdullayev Bakı ilə müqavilə imzaladı
“Qəbələ”nin sabiq kapitanı Rəşad Abdullayevin “Bakı”ya keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, yığmamızın sabiq yarımmüdafiəçisi bu gün paytaxt klubu ilə rəsmi müqavilə imzalayıb.
Tərəflər 1+1 sxemi ilə müqavilə imzalayıblar.
Qeyd edək ki, Abdullayev vaxtilə “Xəzər Universiteti” (indiki “İnter”), “Neftçi” və “Xəzər Lənkəran” kimi klublarda da çıxış edib.
