21 may 2013 17:16
Azərbaycan millisinin forvardı ən intizamlı futbolçu oldu
Futbol üzrə Azərbaycan yığmasının forvardı Cihan Özkara Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubunun başa çatan mövsümdə ən intizamlı futbolçularından biri seçilib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Sivasspor” son mövsümün ən çox vərəqə alan yeddi klubundan biridi. Lakin buna baxmayaraq, komandanın hücumçusu Cihan Özkara, həmçinin daha üç komanda yoldaşı mövsümdə bir dəfə də olsun, qarşısında vərəqə görməyib.
Qeyd edək ki, Özkaranın komandası mövsümü 44 xalla 12-ci pillədə başa vurdu.
