21 may 2013 17:37

Böyükağa Hacıyev: Mən meydanda heç doğma qardaşımı da bağışlamıram

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” ilə ardıcıl ikinci çempionluğunuzdan sonra özünüzü necə hiss edirsiz?
- Mənim hələ belə ağır çempionatım olmamışdı. Həqiqətən də çox vacib və maraqlı oyunlarımız oldu. Xüsusilə də ilk altılıq oyunları zamanı. Bu gün Azərbaycanda “Neftçi”dən güclü bircə komanda var – o da daha güclü “Neftçi”di. Çox şadam ki, yenidən çempion olduq.
 
- Sizin üçün hansı matç daha çətin oldu?
- “Qarabağ”a qarşı keçirdiyimiz bütün oyunlar. Biz onlarla altı dəfə oynadıq. Əvvəlki oyunlarda məğlub olsaq da, çox vacib anda qələbə məhz bizə nəsib oldu.
 
- Rəhbərlik işinizdən razıdı?
- Bu barədə söhbətimiz olmayıb. Mövsümün yekunlarınızı Kubokun final oyunundan sonra müzakirə edəcəyik. Mövsüm hələ bizim üçün bitməyib. Rəhbərliyin işimdən razı olub-olmadığını bilmirəm.

- Yeni müqavilə ilə də bağlı müzakirə aparılmayıb?
- Hələ mənə müqavilə təklif edən olmayıb. Yenə deyirəm ki, hər şeyə kubokun finalından sonra aydınlıq gələcək. Şəxsən mən, “Neftçi”nin prezidenti Sadıq Sadıqovun istənilən qərarını qəbul etməyə hazıram. Əgər o, qərar versə ki, mən getməliyəm, komandanı tərk edəcəm.
 
- Finala necə hazırlaşırsız?
- Qarşıda bir həftəmiz var. Fikrimcə, yeddi gün yaxşı hazırlaşmaq üçün bizə bəs edəcək. Bizim üçün kubok da çempionluq qədər önəmlidi. Mütləq qalib gəlməliyik. Karyeramda hələ kubok qazana bilməmişəm. “Neftçi” də çoxdandı qızıl dubl edə bilmir. Bu dəfə uğursuz gedişata son qoymalıyıq.
 
- Rəqib barədə nə deyə bilərsiz?
- “Xəzər Lənkəran” böyük hörmətə layiq komandadı. Onların çempionatdakı çıxışı uğurlu alınmadı. Amma kubokun finalına çıxmağı bacardılar. Toşak komandaya yeni həvəs, taktika gətirib. Amma yenə də hesab edirəm ki, ona vaxt lazımdı. 2-3 aya hansısa komandanı dəyişmək mümkün deyil. Lakin “Xəzər Lənkəran” həmişə güclü komanda olub.
 
- Siz “Xəzər Lənkəran”a qarşı Mirça Rednikin, Cüneyt Biçərin, Yunis Hüseynovun dönəmində də mübarizə aparmısız. Sizcə, onlardan hansının komandası daha güclü idi?
- Mənə elə gəlir ki, onların arasında ən güclüsü Rednikin idi. Həmin “Xəzər Lənkəran” hər oyuna qələbə üçün çıxırdı. Yəqin ki, Toşak da növbəti mövsümdən sözünü deməyə çalışacaq. Ona uğurlar arzulayıram.
 
- Kubokun finalı sizin ilk dueliniz olacaq...
- Toşaka hörmətlə yanaşıram. O, 10 yaş məndən böyükdü. Amma meydanda mən heç doğma qardaşıma da güzəştə getmirəm.

- Yayda komandanı hansı dəyişikliklər gözləyir?
- Komandanın özəyini qorumağı və əlavə güc qatmağı düşünürük. Mümkündü ki, 4-5 yeni futbolçu aldıq. Daha çox yerli oyunçular almağa diqqət ayıracağıq. Hələlik ad çəkməyəcəm. Çünki həmin transferlərin düyünə düşməsini istəmirəm.
 
- Kanales qalacaq?
- İnanıram ki, o, yeni müqavilə bağlayacaq. İnsan öz keçmişini unutmamalıdı. Kanales bura gələndə kim idi, indi kimdi? Onun imici, reytinqi məhz “Neftçi”də qalxdı. Şadam ki, onun kimi hücumçumuz var. Bildiyimə görə, bəzi klublarımız onu bizdən almaq istəyir. Həmçinin iki əcnəbi klub da Nikolasın xidmətində maraqlıdı.

- Qapıçılarla bağlı qərarınız necə olacaq?
- Bizə Saşa Stamenkoviçlə layiqli rəqabət apara biləcək qapıçı lazımdı. Ona görə daha bir qapıçı almaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.