21 may 2013 18:03
Qəbələ çempionluq kubokunu aldı (VİDEO)
Xəbər verdiyimiz kimi, U-17 Liqanın 2012/2013-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, Liqanın sonuncu – 26-cı turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Xəzər Lənkəran" oyunundan sonra cari mövsümün qalibi olmuş "Qəbələ" komandasına mükafatlar təqdim olunub. Liqanın Əsasnaməsinə uyğun olaraq, "Qəbələ" komandası AFFA tərəfindən ölkə xaricində 1 həftəlik təlim-məşq toplanışına göndəriləcək.
