22 may 2013 18:37
Rubin Bakıya gəlməkdən imtina etdi
Xəbər verdiyimiz kimi, iyun ayının 17-də İBA U-14 Cup uşaq futbol turniri başlayacaq. Azerisport.az xəbər verir ki, turnirin iştirakçıları arasında dəyişiklik baş verib.
Belə ki, Kazanın “Rubin” komandasının yerinə Gürcüstanın “Dinamo”(Tbilidi) komandası iştirak edəcək.
Qeyd edək ki, ötənilki turnirin qalibi “Rubin” iyul ayında Kazan şəhərində 27-ci Ümumdünya Universiadanın keçirilməsilə əlaqədar olaraq Bakıya gələ bilməyəcək.
Əlavə edək ki, tezliklə püşkatma mərasimi keçiriləcək və komandalar hər birində 4 komandanın mübarizə aparacağı 2 qrupa bölünəcək.
Xatırladaq ki, turnirdə “İnter”(Azərbaycan), “Partizan”(Serbiya), “Vilyarreal”(İspaniya), “Yurqorden”( İsveç), “Dinamo”(Gürcüstan), “Ayntraxt”(Almaniya), “Karpatı”(Ukrayna) və “Beşiktaş”(Türkiyə) komandaları iştirak edəcək.
