22 may 2013 18:59
Əfran İsmayılov rəsmən Bakıda!
“Bakı” növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu “Qarabağ”la yollarını ayıran Əfran İsmayılovu heyətinə qatıb.
24 yaşlı yarımmüdafiəçi ilə bu gün iki illik müqavilə imzalanıb. İsmayılov “Bakı”ya azad agent kimi keçdiyinə görə, bu transferlə bağlı “Qarabağ”a heç bir kompensasiya ödənilməyəcək.
Qeyd edək ki, “Bakı” bundan öncə “Qəbələ”dən Rəşad Abdullayevi heyətinə qatmışdı.
