22 may 2013 19:24
İsmayılov Bakıya keçidindən danışdı
“Bakı”nın yeni futbolçusu Əfran İsmayılov paytaxt klubuna keçidindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”da qala bilərdim, amma “Bakı”ya keçməyə qərar verdim. Uzun müddət zədəyə görə futboldan kənarda qaldım. Bu, oyunuma təsirsiz ötüşmədi. Bu mövsüm avrokuboklarsız qalsam da, fikrimcə, bu, xeyrimə olacaq. Fikrimcə, mənə məhz bu lazımdı. Həm də inanıram ki, növbəti mövsüm “Bakı” ilə avrokuboklara vəsiqə qazana biləcəyik. Bu, böyük potensiala malik komandadı. Ümid edirəm ki, “Bakı” ilə uğurlar qazana biləcəyik”.