22 may 2013 10:55
Azərbaycan - Lüksemburq oyununun hakimləri açıqlandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Lüksemburq oyununun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı Macarıstandan olan hakimlər idarə edəcəklər. Baş hakim isə Mihaly Fabiandı.
Qeyd edək ki, Azərbaycan - Lüksemburq oyunu iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
Baş hakim: Mihaly Fabian
Baş hakimin köməkçiləri: İstvan Norbert Albert, Peter Berettyan
Dördüncü hakim: Sandor Ando-Szabo
(Hakimlər briqadası Macarıstandandır)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
Komissar: Tugomir Frajman (Sloveniya)
