22 may 2013 11:03
Yığmamız Gürcüstana qalib gəldi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Tbilisi şəhərində gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 5:3 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Şəfəq Nəsirovanın dubl etdiyi oyunda hərəyə 1 dəfə Aysun Əliyeva, Maya Danqadze və Nigar Cəlilli fərqlənib.
Bu komandalar arasında mayın 18-də keçirilmiş yoldaşlıq oyunu Gürcüstan yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
