22 may 2013 11:15
Azərbaycan qrup birincisi oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Trevizo" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
İtaliya təmsilçisinin qapısından topları Fəhmin Muradbəyli və Namiq Ələsgərov keçirib.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda "Empoli" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Beləliklə, futbolçularımız maksimum nəticə ilə qrupda birinci yeri tutub.
